ABŞ-da Sinsinnati Universiteti yaxınlığında atışma baş verib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə gecə saatlarında baş verib. Ərazidə patrulluq edən polis atışma səsi eşidib və əraziyə gəlib. Hadisədə şübhəli bilinən iki nəfər saxlanılıb, saxlanılanlardan biri yaralı olub.