Vaşinqton, 1 iyul, AZƏRTAC
ABŞ-da Sinsinnati Universiteti yaxınlığında atışma baş verib.
AZƏRTAC-ın məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə gecə saatlarında baş verib. Ərazidə patrulluq edən polis atışma səsi eşidib və əraziyə gəlib. Hadisədə şübhəli bilinən iki nəfər saxlanılıb, saxlanılanlardan biri yaralı olub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri