RU

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

Geologiya

Bakı, 1 iyul, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iclası keçirilib. İclas “Geologiya və Geofizika İnstitutu COP29 beynəlxalq konfransı ərəfəsində” mövzusuna həsr edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İclasda Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə rəhbərlik etdiyi müəssisənin geoloq və geofiziklərinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı elmi potensialını xatırladaraq bildirib ki, alimlərin sözügedən beynəlxalq tədbirdə fəal olmaları zəruridir. Direktor, həmçinin COP-un tarixçəsi, mahiyyəti, bu tədbirə indiyə kimi ev sahibliyi etmiş ölkələr barədə danışıb.

İclasda Bakı Dövlət Universitetinin professor Aydın İbrahimovun “COP29 və onun geosiyasi əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi vurğulayıb ki, Qarabağ bölgəsinin 30 illik işğaldan sonra azad edilməsi Azərbaycan üçün tamamilə yeni geosiyasi reallıq yaradıb. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın dəyərinin dünya miqyasında qiymətləndirilməsinə xidmət edəcək.

Akademik Fəxrəddin Qədirovun məruzəsi isə “Peyk texnologiyalarından istifadə etməklə iqlim dəyişikliyinin nəticələrinin tədqiqi: dayanıqlı inkişaf məqsədilə yaşıl enerjiyə keçid imkanları (Azərbaycan və Xəzər rayonu)” mövzusuna həsr edilib.

Daha sonra “İqlim dəyişmələri ssenarisi nəzərə alınmaqla Azərbaycanda geoloji proseslər” və “Xəzər suitilərinin populyasiyasına iqlim dəyişməsinin birbaşa təsiri” mövzularında məruzələr dinlənilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
1
azertag.az

2Источники