Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu vəfat edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, zabit məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.