RU

Roberto Martinez: “Sloveniya bir klub kimi oynayır”

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsində portuqalların Sloveniya millisi ilə qarşılaşacağı oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu barədə UEFA-nın mətbuat xidmətinə danışıb. “AVRO-2024-dəki bir çox komandanın fərdi xüsusiyyətləri var və qalib gələ biləcəklərinə inanırlar. Hər oyun kiçik detallardan asılıdır. Sloveniya da məhz belədir. Onlar mütəşəkkil və rəqabətlidirlər və biz öz oyunumuzun üstündə olmalıyıq. Bu, Sloveniya futbolu üçün tarixi məqamdır, onlar ilk dəfə 1/8 finala yüksəliblər. Onların məşqçisinin gördüyü işə heyranıq - onlar bir klub kimi oynayırlar”. Xatırladaq ki, bu gün Portuqaliya və Sloveniya milliləri qarşılaşacaq. Görüş Frankfurtda, saat 23:00-da başlayacaq. Portuqaliya F qrupunda 6 xalla birinci, Sloveniya isə 3 xalla C qrupunda üçüncü olub.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
matc.az

1Источники