RU

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi

Bakı. Trend:

Rusiya bu gündən etibarən bir ay müddətinə BMT TəhlükəsizlikŞurasına sədrlik edəcək.

Trend rus KİV-lərinəistinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daiminümayəndəsi Vasili Nebenzya bildirib.

Onun sözlərinə görə, Rusiya sədrliyi dövründə üç əsas tədbirplanlaşdırıb.

Bildirilir ki, birinci iclasda daha ədalətli, demokratik vədavamlı dünya nizamının qurulması üçün çoxtərəfli əməkdaşlıq üzrəaçıq müzakirələr olacaq, Rusiya tərəfi, xüsusilə, yeni qlobal"təhlükəsizlik tənlikləri" məsələsinə toxunacaq. Tədbirin iyulun16-da keçirilməsi planlaşdırılır.

İyulun 17-də Yaxın Şərq nizamlanması problemləri üzrə açıqmüzakirələr keçirilməlidir.

İyulun 19-da BMT-nin Təhlükəsizlik Şurasının regionaltəşkilatlarla, yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT), Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay ƏməkdaşlıqTəşkilatı (ŞƏT) ilə əməkdaşlığı üzrə müzakirələri olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
7
az.trend.az

8Источники