RU

Ukrayna Belarusla sərhədə qoşun yığır? - Kiyev cavab verdi

Ukraynanın sərhəd xidməti Kiyevin Belarusla sərhəddə hərbi mövcudluğunu gücləndirməsi ilə bağlı xəbərləri təkzib edərək, bunu Minskin Moskvanın dəstəyi ilə həyata keçirdiyi “informasiya əməliyyatının növbəti mərhələsi” adlandırıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna sərhəd xidmətinin sözçüsü Andrey Demçenko Minskin və Moskvanın sərhəddə baş verəcək hər hansı bir insidentə görə məsuliyyəti Ukraynanın üzərinə atmaq istədiyini deyib.

Demçenko vurğulayıb ki, bu cür bəyanatlar ilk dəfə deyil səslənir. O, qeyd edib ki, iyunun 21-dən Minsk öz hərbi hissələrinin döyüş hazırlığını yoxlayır.

Keçən həftə Belarusun Dövlət Sərhəd Komitəsi bəyan edib ki, Jitomir vilayətində Ukrayna sərhədçilərinin məsuliyyəti zonasında Ukrayna tərəfdə döyüşən “Rusiya könüllülər korpusunun” bölmələri guya “Belarusun dövlət sərhədinə çıxışla bağlı” kəşfiyyat aparırlar..

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
azpolitika.info

1Источники