RU

"İctimai nəqliyyatın qiyməti yaxın zamanlarda bahalaşmayacaq" - Nəqliyyat Eksperti açıqlayır

"Dövlət ictimai nəqliyyatın əlçatanlığını nəzərə alaraq qiyməti yüz faiz yüksəltmədi. Qiymət əvvəlcə 30 qəpikdən 40 qəpiyə yüksəldi, bu gün isə bu qiymət 50 qəpikdir. Özəl daşınma şirkətləri isə iddia edirlər ki, daşınma xidmətləri 85 qəpik edir. Ancaq bu qiymətə şirkətlər müəyyən gəlir əldə edə bilərlər."

Bu fikirləri Ednews TV-ə müsahibəsi zamanı nəqliyyat eksperti Elədəniz Cəfərov bildirib. Ekspertin sözlərinə görə, bu il qiymətlərdə artım olmasaydı bir neçə ildən sonra daha yüksək qiymətlərlə qarşılaşa bilərdik:

"Lakin, düşünmürəm ki, bu yaxın zamanda baş verəcək, uzun müddət yəqin ki, 50 qəpik qalacaq. Əgər bu gün cüzi qiymət dəyişimi olmasaydı bir-iki ildən sonra biz 100%-lik artım görə bilərdik."

Daha ətraflı videoda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
ednews.net

1Источники