RU

BU ŞƏHƏRDƏN BÜTÜN SOVET SİMVOLLARI YIĞIŞDIRILACAQ

Tallin ilin sonuna qədər şəhər binalarından bütün sovet simvollarını yığışdıracağını vəd edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Estoniya paytaxtının vitse-meri Madle Lippus danışıb.

“Koalisiyanın razılığı ilə biz Tallin şəhərinə aid binalardan sovet simvollarının çıxarılmasına razılaşdıq. Sentyabr ayına qədər sovet simvolları ilə necə davranacağımız barədə ətraflı planımız olacaq”, - deyə şəhər rəsmisi bildirib.

O, əlavə edib ki, fərdi mülkiyyətdə olan binalarda sovet simvolları ilə bağlı qərar mülk sahiblərinin öz səlahiyyətindədir.

Bundan əvvəl Litvada bir qadın Vladimir Leninin portretini dərc etdiyinə görə 700 avro məbləğində cərimə edilmişdi. İctimai fəal Erika Şvençenien İnzibati Xətalar Məcəlləsinin “avtoritar rejimlərin simvolları olan nasist və kommunist simvollarının açıq nümayişinə görə” məsuliyyət nəzərdə tutan maddə ilə cəzalandırılıb.

E.ŞİRİNOV

Избранный
62
tezadlar.az

1Источники