RU

FutbolAVRO-2024: Fransa və Belçika milliləri böyük turnirlərdə 5-ci dəfə qarşılaşacaqlar

Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında bu gün qarşılaşacaq Fransa və Belçika milliləri daha əvvəl böyük turnirlərdə (Avropa və dünya çempionatı) 4 dəfə üz-üzə gəliblər.

"Far.Az" xəbər verir ki, bu qarşılaşmaların hamısında fransızlar qələbəni bayram ediblər.

Sözügedən oyunların üçü dünya, biri isə Avropa çempionatında reallaşıb.

Ümumiyyətlə, Didye Deşamın rəhbərlik etdiyi yığma tarixi ərzində ən çox Belçika (75 dəfə) ilə görüşüb.

1/8 finalın digər cütündə qarşılaşacaq Portuqaliya və Sloveniya milliləri böyük turnirlərdə ilk duelinə hazırlaşır.

Qeyd edək ki, Fransa - Belçika matçı Bakı vaxtı ilə saat 20:00-da, Portuqaliya - Sloveniya qarşılaşması isə 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
2
far.az

3Источники