RU

Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçiliyinin tərkibi güclənir

Qərbi Azərbaycan İcması beynəlxalq səviyyədə təşkilatlanması prosesi davam edir. 

"AzPolitika" xəbər verir ki, qardaş Türkiyədə icmanın Türkiyə təmsilçilinin təktibi formalaşdırılır. Bu yaxınlarda Azərbaycan diasporunun tanınmış simalarından Türkiyədə Qərbi Azərbaycan İcmasının səlahiyyətlisi seçilən Dr.Asif Kurbanın icmanın təşkilatlanması istiqamətində fəaliyyətlərini gücləndirib.

Artıq təmsilçiliyin tərkibində Türkiyənin tanınmış elm, yazar, iş adamları yer alıblar. Kastamonu Univeristetinin sabiq rektoru Prof. Dr. Seyit Aydın Ankara, tanınmış araşdırmaçı-yazar Dilqəm Əhməd İstanbul, iş adamı Hamza Senger Qars, araşdırmaçı-jurnalist Serdar Ünsal İğdır, iş adamı Ayhan Candemir isə Balıkesir şəhərləri üzrə təmsilçilikdə təmsil olunacaqlar.

Dr. Asif Kurban qardaş ölkədə icmanın təmsilçiliyinin təşkilatlanmasında əsas məqsədinin Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, dəyərlərini və qayıdış prosesi haqqında qardaş ölkənin elm, mədəniyyət, siyasi dairələrə çatdırmaq olduğunu qeyd edib:

“Bizim əsas istəyimiz cənab prezidentin dediyi kimi öz dədə-baba torpaqlarımıza sülh yolu ilə qayıtmaqdır. Beynəlxalq müstəvidə buna nail olmaq üçün işləri gücləndirməliyik. Qardaş ölkənin media vasitəsilə təbliğatı gücləndirmək əsas vacib amillərdəndir. Bu həm də məsələnin beynəlxalq aləmə çatdırılmasına böyük təsir göstərə bilər”,-deyə A.Kurban vurğulayıb.

Избранный
11
1
azpolitika.info

2Источники