RU

Bakıda 198 ağac və kol qanunsuz kəsilib

Bu ilin iyununda Bakıda 198 ağac və kol qanunsuz kəsilib. Təbiətə 413 min manatdan çox ziyan vurulub. Bununla bağlı Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərin sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq aparılır. Xəbəri Baş Prokurorluğun Mətbuat xidməti yayıb. Bakıda və bölgələrdə ağacların qanunsuz kəsilməsi ilə bağlı xəbərlər tez-tez yayılır. Bu ilin mayında isə Qusarda meşə fonduna aid ərazinin satılması, ağacların kəsilməsi haqda xəbərlər yayılmışdı. Rəsmi qurumlar xəbəri əvvəlcə təkzib etmişdilər. Bir neçə gün sonra isə Baş Prokurorluq Qusarda vəzifəli şəxslərin meşə fonduna aid 22.3 hektar ərazini satması, ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlandığını açıqlamışdı. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
xural.com

1Источники