RU

Balotelli sərxoş halda küçədə uzanıb - VİDEO

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli növbəti dəfə biabırçı hadisə ilə üzləşib.

İdman.biz xəbər verir ki, hücumçunun İtaliyada keçirdiyi məzuniyyət müddətində başına gələnlərin videosu da yayılıb.

İçkili vəziyyətdə olduğu ehtimal edilən ulduz futbolçu küçələrdən birində uzanmış vəziyyətdə qalıb. Sərxoş Balotelli ona kömək etmək istəyənlərin cəhdlərinə baxmayaraq ayaq altından qalxmaqda çətinlik çəkib.

Qeyd edək ki, Mario ötən mövsüm Türkiyənin “Adana Demirspor”da millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin komanda yoldaşı olub. Onun müqaviləsi bu gün başa çatıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
1
idman.biz

2Источники