RU

ABŞ-də turistləri ildırım vurdu

ABŞ-də gəzintiyə çıxan 50 nəfərlik turist qrupunun üzvlərini ildırım vurub. Onlardan 7-si xəstəxanaya yerləşdirilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə iyunun 27-də Yuta ştatında baş verib.

Turistlərdən birinin yaxınlığında ildırım düşüb və orada olan hər kəs bu zərbəni hiss edib. Nəticədə 7 nəfəri xəsarət alıb.

Ən ağır xəsarət alan iki nəfər helikopterlə tibb müəssisəsinə göndərilib. Daha beş nəfər xəstəxanaya yerləşdirilib.

Orxan

KONKRET.az

Избранный
138
19
konkret.az

10Источники