RU

Son bir ildə ödəniş kartlarının sayı 21%-dən çox artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı  17 milyon 867 min ədəd təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu ötən aya nəzərən 191 min ədəd artım deməkdir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21.2 % artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 22.1%, kredit kartları üzrə 15.3% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
fed.az

1Источники