RU

Ülvi İsgəndərov: "Qəbələ" mənim ikinci ailəmdir” - Müsahibə

“Araz-Naxçıvan”ın yeni transferi Ülvi İsgəndərov apasport.az saytına müsahibə verib:

- “Araz-Naxçıvan”a keçidinin səbəbi Elmar Baxşıyev idi? Başqa təkliflər almışdın?

- Düzü, mənə təkliflər var idi, az da deyildi. Sadəcə “Araz-Naxçıvan”a keçməyə qərar verdim. Elmar Baxşıyevin iş prinsipinə bələdəm. Ona görə də, seçimimi belə etdim. Fikrimcə, düzgün qərar vermişəm. 

- Artıq yeni komandanın heyətini tanıyırsan, bilirsən. Səncə, bu heyət yeni mövsüm Premyer Liqada hansı nəticəni göstərə bilər? Avrokuboklara vəsiqə qazanmaq qarşınıza hədəf kimi qoyulub?

- Hələ ki, tam heyətlə məşq etmirik. İnanıram ki, yeni futbolçular da gəldikdən sonra yaxşı işlər görəcəyik. Hər şeyin daha yaxşı olacağına inanıram. Hazırlıq dövrünün ilk vaxtlarıdır.

- “Qəbələ”də qollar vursan da, meydana əsasən sonradan daxil olurdun. “Araz-Naxçıvan”da necə olacaq?

- Bilirsiz, əsas olan komandanın uğurudur. Fərqi yoxdur, 90 dəqiqə oynadın, yoxsa 10 dəqiqə. Mən həmişə meydana çıxanda maksimumu edirəm, faydalı olmağa çalışıram. Bunun üçün də daha çox çalışıb oynamaq istəyirəm. Necə olacağını zaman göstərəcək. Baş məşqçimiz qərar verəcək. Mən maksimum çalışacam.

- “Qəbələ” ilk dəfə Birinci Liqaya düşdü. Səncə, niyə belə oldu və nə baş verdi ki, Premyer Liqadakı yerinizi qoruyub-saxlaya bilmədiniz?

- Əlbəttə ki, “Qəbələ”ni belə görmək çox çətindir. İnanıram ki, 2024/2025 mövsümündə uğurlu oynayacaqlar və növbəti sezon üçün Premyer Liqaya qayıdacaqlar. Buna qəlbdən inanıram və onlara uğurlar arzulayıram.  

- “Qəbələ” rəhbərliyi sənə komandada qalmağı təklif etmişdi?

- Xeyr, elə bir danışıq olmadı. Əlbəttə, düşünürdüm. Çünki “Qəbələ” mənim ikinci ailəmdir. Bu komandada oynamışam və hər zaman “Qəbələ”nin uğurlu çıxış etməsinə çalışmışam. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
apasport.az

1Источники