İtaliyanın rəqabət orqanı Antitrust İtaliya Futbol Federasiyasını cərimələyib.
QOL.az xəbər verir ki, buna səbəb kimi federasiyanın hakim mövqedən sui-istifadə etməsi göstərilib. Qərara əsasən, federasiya 4 milyon avro cərimə ödəyəcək.
İtaliya Futbol Federasiyası isə sanksiya tədbirini ədalətsiz hesab edir və ona inzibati məhkəməyə müraciət etmək niyyətindədir.
Qeyd edək ki, İtaliya Futbol Federasiyası 2015-ci il iyulun 1-dən gənclərin və həvəskarların yarışlarının təşkili zamanı digər ixtisaslaşmış birliklərin səlahiyyətlərini istisna edir və ya məhdudlaşdırır.
Bizi İnstagramda izləyin
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта