RU

Türk oyunçuya 8 milyonluq təklif

"Qalatasaray"ın və Türkiyə millisinin cinah futbolçusu Barış Yılmaz karyerasını "Zenit"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 24 yaşlı futbolçu üçün İstanbul klubuna 8 milyon avro təklif edib.

Bununla belə, İspaniyanın "Osasuna" klubu da Yılmaz üçün eyni məbləği ödəməyə hazırdır.

Yılmaz son çempionatda bütün yarışlarda 55 matçda iştirak edib, 7 qol vurub və 12 məhsuldar ötürmə edib. Yılmazın "Qalatasaray"la müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt portalının məlumatına görə, futbolçunun təxmini bazar dəyəri 17 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
90deqiqe.az

1Источники