RU

Kilian Mbappe: “Maskada oynamaq – mütləq dəhşətdir”

Fransa yığmasının ulduz hücumçusu və kapitanı Kilian Mbappe AÇ-2024-də maskada oynaması ilə bağlı duyğularını paylaşıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransalı ulduzun bu barədə fikirlərini təqdim edir:

“Maska ilə oynamaq – tamamilə dəhşətdir. Hər dəfə nəsə uyğunsuz olduğundan maskanı dəyişmişəm. Çətindir, çünki görünüşü məhdudlaşdırır, tər və nəm də yığılır və bunların süzülməsi üçün maskanı çıxarmaq gərəkdir. Sanki 3D-də hazırlanmış kimi hiss edilir.

Maskalar sağ olsunlar. Amma onu aradan qaldırmaq mümkün olan kimi, mən bunu edəcəyəm”, deyə Mbappe qətiyyətlə bildirib.

Xatırladaq ki, Kilian Mbappe AÇ-2024-ün Avstriya yığması ilə 1-ci tur qrup oyununun (1:0) 86-cı dəqiqəsində oyun məqamlarının birində rəqibin mərkəz müdafiəçisi Kevin Danso ilə başa-baş toqquşma zamanı burnunu sındırmışdı.

Bu gün, iyulun 1-də AÇ-2024-ün 1/8 final mərhələsinin Fransa – Belçika oyunu ərəfəsində Mbappe maskasını dəyişib. Bildirilir ki, əvvəlki maska ulduz futbolçunun üzünə yaxşı uyğunlaşmayıb və hava dövriyyəsini pis təmin edib.

Избранный
99
arena.az

1Источники