RU

Startap bazarındakı problemlər

Asif İbrahimov
   KidFi startapının həmtəsisçisi

Startap ekosistemi bir az ümidli idi ki, yenidən də ümidlər puç olmağa başlayır.

Bazarda çox ciddi problemlər yenidən özünü biruzə verir:

* Ölkədə dayanıqlı, yəni 2-3 il öz gücünə ayaqda qalan startaplar yox səviyyəsindədir.

* Təsiçilər hər il bir startap ilə yarışlara qoşulub, investisiya alıb pulları dağıtmağa davam edir.

* Startapların əksəriyyətində “MVP” belə yoxdur və olmur

* Startapları analiz edib, potensialına qərar verəcək professional insanların sayı barmaqla sayılacaq qədərdir.

* Dövlət tətbiqləri startap ekosisteminə girib, onların payını alır.

* Yaranan akselerasiya və fondlar, ancaq özlərinə investisiya edir.

* Startaplara dəstək ancaq yarışlarla ölçülür.

* Startaplara dəstək edən fərqli qurumlar bir-birini bəyənmir və lağa qoyur, baxmayaraq ki, eyni məqsəd üçün çalışmalıdılar.

Dəyərli startapa dəstək olan şəxs, qurum və fondlar startupa müştəri, satış və minlərlə bürokratik sərhədləri aşıb, onlara güvənən əməkdaşlıqlar lazımdır.

Amma, təəsüf ki, yenidən hər şey 5 il arxaya gedir və yuxarıda sadaladıqlarım startap ekosistemini geriyə atmağa davam edir.

Startap eksosistemində barmaqla sayılacaq qədər insanlar var ki, bu ekosistem üçün ciddi addımlar etməyə kömək edə bilər, bizlər də həmişə hazırıq dəstək olaq.

Yetər ki, həqiqətən də startap ekosisteminin inkişafını istəsinlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
valyuta.az

1Источники