RU

Xaçmazda qadın hoteldə öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xaçmazda iki ölüm hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölüm hadisəsindən biri Xaçmazda fəaliyyət göstərən hotellərdən birində, digəri isə aptekdə baş verib.
Belə ki, ilkin məlumata görə hoteldə xadimə işləyən qadın anidən yıxılaraq ölüb. Onun ürəktutmasından öldüyü deyilir.
Digər qadın isə aptekdən dərman almağa gəlib. Aptekə daxil olduqdan sonra vəziyyəti pisləşib və ölüb.
Xaçmaz Rayonu "Ulduz" hotelinin adminstratoru Rasim Qədirov məlumatı Oxu.Az-a təsdiq edib. O bildirib ki, vəfat edən xadimə 10 ildən çoxdur onların əməkdaşı olub:
"Bu gün səhər həkimə gedib, sonra işə gəlmişdi. Elə ürəyində problemləri var idi. Əməkdaşımız Şəfiqə Ağamirovanın 66 yaşı var idi. Həyat yoldaşı vəfat etmişdi. Hadisə səhər saat 10:00-11:00 radələrində baş verib. Ailə yaxınlarına məlumat verilib".
Könül Cəfərli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
50
oxu.az

10Источники