RU

Doğma klubuna qayıdacaq

Filippe Koutinyo karyerasını vətəni Braziliyada davam etdirəcək.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, 32 yaşlı futbolçu “Vasku da Qama” ilə müqavilənin şərtlərini razılaşdırıb və “Aston Villa” ilə sözləşmənin tam ləğvini gözləyir. İngiltərə klubunun rəhbərliyi təcrübəli futbolçunun komandadan getməsinə icazə verib.

Qeyd edək ki, Koutinyo “Vasko da Qama”nın yetirməsidi. O, Avropa karyerası ərzində “İnter”, “Espanyol”, “Liverpul”, “Barselona” və “Bavariya”da da çıxış edib. Yarımmüdafiəçinin sonuncu komandası ötən mövsüm icarə əsasında oynadığı “Əl-Duhail” olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
football-plus.az

1Источники