RU

"ABŞ-ın Avropadakı hərbi bazalarında son 10 ildə ilk dəfə olaraq "Çarli" səviyyəli təhlükə tətbiq edilib" - CNN

 
"Bu tədbir terror hərəkətləri və ya hücum ehtimalı barədə kəşfiyyat məlumatlarının əldə edildiyi təqdirdə tətbiq edilir..."
 
"Ukraynaya hərbi yardım tədarükü fonunda Kreml tərəfindən Avropa İttifaqında diversiya əməliyyatları barədə xəbərdarlıq edilib..."
 
ABŞ-ın Avropada bir neçə hərbi bazası mümkün terror təhlükəsi ilə əlaqədar olaraq yüksək hazırlıq vəziyyətinə gətirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
İki amerikalı məmur nəşrə danışıb ki, istirahət günləri hərbi bazaların, o cümlədən Avropa komandanlığının mənzil-qərargahının yerləşdiyi Ştutqartda ABŞ  ordusu qarnizonunun müdafiəsi ən yüksək "Çarli" səviyyəsinə qaldırılıb.
 
Bu, insidentin baş verəcəyi və ya terror hərəkətləri və ya hücum ehtimalı barədə kəşfiyyat məlumatlarının əldə edildiyi təqdirdə tətbiq edilir.
 
Avropa bazalarının birində olan həmsöhbət məlumat verib ki, onlar belə səviyyəli təhlükəni "ən azı 10 il ərzində" görməyib. Onun sözlərinə görə, adətən bu, "fəal-ümidverici təhlükə"dən xəbər verir.
 
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının nümayəndəsi Den Dey müdafiənin konkret səviyyəsini şərh etməyib. 
 
Hərbçi yalnız onu qeyd edib ki, onlar daima təhlükəsizliyə təsir edən amilləri dəyərləndirir, tez-tez hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər görür.
 
Avropada terror aktları təhlükəsi
 
Xatırladaq ki, hələ martın sonunda Fransada milli təhlükəsizliyin xəbərdaredici sistemi ən yüksək hazırlıq səviyyəsinə qaldırılıb.
 
Bu qərar Rusiyanın "Crocus City Hall" konsert salonunda böyük terror aktı ilə bağlı qəbul edilib.
 
Terror aktları təhlükələri həmçinin Almaniyada fitbol üzrə Avropa çempionatı və Parisdə Olimpiya Oyunlarının keçirilməsi kontekstində müzakirə edilib.
 
May ayında Amerika kəşfiyyatı Kreml tərəfindən Ukraynaya hərbi yardım tədarükü fonunda Avropa İttifaqında diversiya əməliyyatlarının artdığını qeyd edib.
 
Nümunə kimi Böyük Britaniyada hərbi anbarların birində yanğın törədilməsi göstərilib. 
 
Həmçinin məlumat verilib ki, iyun ayında Fransada Ukrayna üçün nəzərdə tutulan hərbi yük maşınına hücum hazırlayan əslən Donbasdan olan 26 yaşlı şəxs saxlanılıb.
 
Britaniyanın "Financial Times" qəzeti mayın əvvəlində yazıb ki, Avropa ölkələrinin xüsusi xidmət orqanları öz hökumətlərinə Rusiya tərəfindən törədilə biləcək diversiyalarla bağlı xəbərdarlıq edib. 
 
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Rusiya hakimiyyəti Avropanın infrastrukturuna qarşı partlayışlar, yanğınlar və digər hücumlar planlaşdırır.
 
Moskva həm birbaşa, həm də vasitəçilərin köməyilə daha aqressiv və yekdil hərəkət etməyə hazırdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
moderator.az

1Источники