RU

Parlament seçkilərinin ertələnməsi mövcud reallığın tələbidir- ÖZƏL

"Parlament seçkilərinin keçirilməsi müddətinin önə çəkilməsi mövcud reallığın tələbidir". 

Olaylar xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü Asif Əsgərli deyib: "Bildiyimiz kimi, bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizdə keçiriləcək. Konstitusiyaya görə növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir. Bütün bunlar çox böyük məsuliyyət tələb edir. Buna görə də, Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin buraxılması təşəbbüsü irəli sürülmüşdür. Çox müsbət haldır ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüs millət vəkilləri tərəfindən dəstəklənmişdir".

Alim Hüseynli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
olaylar.az

1Источники