RU

Elektrikli avtomobillər daha tez xarab olur - Əsas səbəb nədir?

ABŞ-nin kompüter, qadcet və həyat tərzi üzrə ixtisaslaşmış “The Verge” saytı “JD Power” şirkətinin tədqiqatçılarına istinadən elektrikli avtomobillərin əsas probleminin adını açıqlayıb.

Gundem.az xəbər verir ki, elektrik avtomobillərinin nasazlığı daha çox proqram təminatı ilə bağlıdır. Analitiklər elektromobillərin, hibrid avtomobillərin və daxili yanma mühərrikli avtomobillərin xarab olma hallarını araşdırıblar.

Təmir və servis məlumatlarına əsasən məlum olub ki, elektrik avtomobilləri və “plug”in hibridləri, hər bir parametri - istər mühərrik, istər şassi, istərsə də yanacaq komponentləri baxımından daxili yanma mühərrikləri olan avtomobillərdən daha tez xarab olur. Sorğunun nəticələrinə görə, 100 benzin və dizellə işləyən avtomobilə 180 təmir faktı düşdüyü halda 100 elektrik avtomobilinə 266 təmir faktı qeydə alınıb. Toplanmış məlumatlar əsasında ekspertlər elektrik nəqliyyatının əsas problemini proqram təminatını ilə əlaqələndiriblər:

“Demək olar ki, həmişə problemlər elektronika ilə bağlı yaranır. Proqram təminatı ilə bağlı problemlər yaranarsa problem daha yüksək texniki səviyyədə düzəldilməlidir. Müasir elektrik avtomobilləri “təkərli kompüterlər”dir. Ekoloji cəhətdən elektromobillər təmiz olsa da onların təmir xərcləri daha yüksəkdir”.  (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
gundem.az

1Источники