RU

AVRO-2024-ün ulduzu yeni komandasında

Hazırda davam edən Avropa Çempionatının ulduzlarından birinə çevrilən gürcü hücumçu Jorj Mikautadze sabiq komandası “Metz”ə qayıdıb.

Apasport.az xəbər verir ki, Fransa klubu “Ayaks”a bu transfer üçün 13 milyon avro ödəyib.

Dünən İspaniya ilə matçda 79 dəqiqə meydanda olan Mikautadze hazırda çempionatın ən məhsuldar oyunçusudur. Belə ki, o, 3 qol, 1 asistlə yadda qalıb.

Qeyd edək ki, “Lion” akademiyasının yetirməsi olan 23 yaşlı futbolçu indiyə qədər Belçikanın “Serinq”, Fransanın “Metz” və Hollandiyanın “Ayaks” klublarında çıxış edib.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
apasport.az

1Источники