RU

Tələbat ARTIR: Elektrikli avtomobillərin qiyməti BAHALAŞACAQ?

Tələbat ARTIR: Elektrikli avtomobillərin qiyməti BAHALAŞACAQ?

Elektrikli Avtomobil elektrik enerjisindən istifadə edən nəqliyyat vasitəsidir. Daxili yanma maşınlarından fərqli olaraq, onlar ətrafa zərərli qazlar buraxmır. Ətraf mühit şəraiti göstərir ki, daha ekoloji təmiz nəqliyyat üçün elektrik nəqliyyat vasitələrinin istifadəsi qlobal miqyasda geniş yayılmalıdır. Elektrikli avtomobillər yüksək performansı ilə ənənəvi avtomobillərdən bir addım öndə olsalar da, həm də səssiz işləyirlər.

Elektrikli avtomobillərin idarəetmə təcrübəsini artıran xüsusiyyətlərindən biri də onların aşağı ağırlıq mərkəzinin olmasıdır. Aşağı ağırlıq mərkəzi xüsusiyyəti ilə batareyalar avtomobilin altında yerləşdirilir. Ölkəmizdə artıq ekoloji standartlara uyğun avtobuslar və nəqliyyat vasitələri fəaliyyət göstərir. Belə olan təqdirdə, elektrikli avtomobillərə olan tələbatda artır. Bəs Azərbaycanda elektrikli avtomobillərin qiyməti bahalaşa bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyində icraçı direktoru,avtomobil bazarı üzrə tanınmış ekspert Eyyub Əliyev deyib ki, elektrik və hibrid avtomobillərin bazara yeni daxil olduğu dövrlərdə qiymət artımı müşahidə olunurdu:

" Təkcə Azərbaycanda yox, digər ölkələrdə də bu var idi. Hal-hazırda rəqabət o qədər güclüdür ki, əsasən elektrikli avtomobillərin istehsalı Çində baş verir. Çinin özündə startap yaxud ənənəvi metodla avtomobil istehsal edən şirkətlərin özləri belə əksəriyyəti elektrikli və hibrid avtomobillərin istehsalına keçir. Artıq bazarda rəqabət mühiti formalaşıb. Bilirik ki, tələbin qarşısında təklif çoxalanda artıq qiymət amili aşağı düşür. Əvvəllər qiymət artımı müşahidə olunurdu".

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda 35 min manata komfortlu, elektrik mühərrikli bir "Sedan" avtomobillər alına bilər:

" Sözsüz ki, avtomobilin qiymətinin aşağı yaxud yuxarı olması həmin markanın statusundan asılıdır. Dünyaca məşhur markalı avtomobillərin aşağı qiyməti olmur. Digər tərəfdən, Çinin özünün daha məşhur markaları var ki, onların qiymətləri belə aşağı deyil. Amma digərlərinə baxsaq istənilən qiymətə avtomobil tapa bilirik. Hətta düşünürəm ki, ilin sonuna qədər qiymətlərdə enmələr olacaq, nəinki qalxmalar".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
sonxeber.az

1Источники