Ermənistanla Rusiya arasında dövlət səviyyəsində 200-dən çox saziş imzalanıb.
Herbiand.az xəbər verir ki, bu sözləri Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan Belqorodda erməni diasporunun nümayəndələri ilə görüşündə bildirib:
“Yaxın keçmişdə biz Rusiya ilə birlikdə çətin yol keçmişik. Əvvəlcə Rusiya imperiyası, sonra isə SSRİ-nin tərkibində olduq. İki ölkə arasında müttəfiqlik əlaqələrinin əsasını milli icmalar təşkil edir”.
Qeyd edək ki, müvafiq razılaşmalar sayəsində Ermənistan və Rusiyanın ayrı-ayrı rayonları arasında ticarət dövriyyəsi iki il ərzində 2,5 dəfə artıb.
Emin ŞİRVANZADƏ