RU

BMT Təhlükəsizlik Şurasında ab-hava son dərəcə ziddiyyətlidir -Peskov

BMT Təhlükəsizlik Şurasında (TŞ) Rusiyaya münasibətdə ab-hava son dərəcə ziddiyyətlidir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Xatırladaq ki, iyulun 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik bir ay müddətinə Rusiyaya keçib.

“Gündəm həddindən artıq doludur, ona görə də qarşıda çox iş var. Rusiya Federasiyası hər zaman bütün öhdəliklərinə sadiqdir, məsuliyyətli mövqe tutur və bütün digər ölkələri də buna çağırır”, - deyə Peskov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya RİA Novosti-yə bildirib ki, Rusiya sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb. Onlardan biri daha ədalətli, demokratik və davamlı dünya nizamının qurulması üçün çoxtərəfli əməkdaşlığa dair açıq debat olacaq. İclas iyulun 16-na təyin edilib.

Növbəti gün, iyulun 17-də Yaxın Şərqdə nizamlanma ilə bağlı açıq müzakirələr olacaq. İyulun 19-da BMT və KTMT, MDB və ŞƏT arasında əməkdaşlığa dair debatların keçirilməsi planlaşdırılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
ikisahil.az

1Источники