Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) keçirilən növbədənkənar seçkilərin birinci turunun ilkin nəticələri açıqlanıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, "Milli Birlik" (Mari Le Pen tərəfdarları) - 34%, "Yeni Milli Cəbhə" - 28,1%, "Birgə" (Makron tərəfdarları) - 20,3% səs toplayıb.
Ölkədə 49,5 milyon vətəndaşın səsvermə hüququ var.