RU

“Barselona”nın futbolçusu azad agent oldu

Yarımmüdafiəçi Sergi Roberto “Barselona” ilə müqaviləsini yeniləməmək qərarına gəlib.

İdmanxeber.az-ın məlumatına görə, sözləşməsi iyunun 30-na kimi qüvvədə olan futbolçu hazırda azad agentdi. Bildirilir ki, kataloniyalılar qeydiyyatla bağlı problemləri həll etsələr, Roberto “Barsa” ilə yeni müqavilə imzalayacaq.

Yarımmüdafiəçi ilə “İnter” və “Jirona” da maraqlanır.

Ötən mövsüm 32 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
idmanxeber.az

1Источники