RU

Məcnun Məmmədov: “Azərbaycan “yaşıl enerji” sektoruna ciddi sərmayə qoyur”

Azərbaycan hökuməti xarici investorlarla birlikdə hazırda ölkədə “yaşıl enerji” sektoruna ciddi sərmayə qoyur.

Fins.az  xəbər verir ki, bunu Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasında kənd təsərrüfatı naziri, Komissiyanın yerli həmsədri Məcnun Məmmədov bildirib.

M. Məmmədov deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Azərbaycan bu baxımdan etibarlı tərəfdaş hesab olunur: “Bolqarıstanla enerji sahəsində güclü əməkdaşlığımız var. Bu yaxınlarda SOCAR-ın Sofiyada ofisinin açılışı və “Həmrəylik halqası” təşəbbüsü çərçivəsində imzalanmış memorandum bizim bu əməkdaşlığı genişləndirməyə güclü istəyimizə sübutdur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
fins.az

1Источники