RU

Avropada Keyn, dünyada El-Kaabi

2024-cü ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular bəlli olub.

İdman.biz xəbər verir ki, İFFHS-in siyahısında milli komandada və qitə kuboklarında ən çox fərqlənən oyunçular daxil edilib.

Mərakeş millisinin və “Olimpiakos”un futbolçusu Ayub El-Kaabi 14 qolla cədvələ başçılıq edir. Akram Afif (Qətər, “Əl-Sədd”) 11 qolla ikinci, Aymen Huseyn (İraq, “Al-Quva”) 10 qolla üçüncüdür.

Hazırda davam edən Amerika kubokunda məhsuldarlığı ilə seçilən Solomon Rondon 4-cü yeri bölüşür. Venesuela millisinin və “Paçuka”nın oyunçusu 10 qol vurub. Ən yaxşı avropalı Harri Keyndir. İngiltərə millisi və “Bavariya”nın hücumçusu 7 dəfə fərqlənib.

Qeyd edək ki, siyahıda ən azı 6 qol vuran 25 futbolçu yer alıb.

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
idman.biz

1Источники