RU

Fransa Belçika ilə üz-üzə

AVRO-2024-ün pley-off mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, 1/8 final mərhələsinin üçüncü gününə Düsseldorfda start veriləcək.

Fransa millisi Belçika ilə üz-üzə gələcək. Çempionatın startı ərəfəsində hər iki komanda iddialılar sırasında göstərilsə də, qrup mərhələsində istənilən oyunu nümayiş etdirməyib. 1/8 finala ikinci yerlə yüksələn rəqiblərin hər ikisi qrupda cəmi 2 qol vurmaqla hücumda “dişsizlik” göstərib.

Qeyd edək ki, bu gün 1/8 finalın daha bir oyunu baş tutacaq. Portuqaliya Sloveniyanı sınağa çəkəcək.

AVRO-2024
1/8 final
1 iyul
20:00. Fransa – Belçika
Baş hakim:
Qlen Niberq (İsveç)
Düsseldorf Arena

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
idman.biz

1Источники