RU

Bolqarıstan "Azərbaycan-Gürcüstan-Qara dəniz-Aİ" "yaşıl" enerji dəhlizinin inkişafında iştirak edəcək

Bakı. Trend:

Bolqarıstan "Azərbaycan-Gürcüstan-Qara dəniz-Aİ" "yaşıl" enerjidəhlizinin inkişafında iştirak edəcək və bu layihəni Bakıdamüzakirə etməkdən məmnundur.

Trend xəbərverir ki, bu barədə bu günBolqarıstan energetika naziri VladimirMalinov Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasındaiqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncıiclasında deyib.

"Ötən həftə Bolqarıstanın Nazirlər Şurası 20 faiz payla bulayihədə iştiraka razılıq verib. Azərbaycanın "yaşıl" layihələriinkişaf etdirməsini vacib hesab edirik. İnanırıq ki, Bolqarıstan bulayihədə mühüm rol oynayacaq", - deyə Malinov vurğulayıb.

Xatırladaq ki, bu cür dəhlizin yaradılması təşəbbüsü 2022-ciildə Aİ ilə Azərbaycan arasında irəli sürülüb. Söhbət Xəzərdənizində Azərbaycanın gələcək külək stansiyalarından Avropayamümkün enerji nəqlindən gedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
1
az.trend.az

2Источники