RU

Azərbaycanın yunan-Roma güləşçiləri "Asiya uşaqları" Oyunlarına 2 medalla başlayıblar

Yakutsk, 1 iyul, Leyla Muradzadə, AZƏRTAC

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarına 1 qızıl və 1 bürünc medalla start veriblər.

AZƏRTAC xəbər verir ki, 44 kiloqramda yarışan Qurban Məcnunov finalda Şimali koreyalı Sim Kim Conla üz-üzə gəlib. O, rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Digər güləşçi Yusif Mirzəyev (38 kiloqram) isə 3-cü yer uğrunda qarşılaşmada tacikistanlı Muhəmmədnəsin İbodulayevdan üstün olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
azertag.az

1Источники