RU

“Fəaliyyətimiz seçicilərimizin məmnunluğuna yönəlib” - Təmraz Tağıyev

“Bələdiyyələrin bütün fəaliyyəti seçicilərinin problemlərinin həllinə yönəldilir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Belediyye.info-ya Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Onun sözlərinə görə, hər bir bələdiyyə öz ərazilərində yaşayan şəhid, qazi və aztəminatlı ailələrin sosial-məişət qayğılarıyla maraqlanaraq maddi və mənəvi dəstək göstərməklə, qaldırılan məsələlərin həllinə çalışır. 

“Bu gün elə bir bələdiyyə yoxdur ki, ərazisində olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsiylə bağlı layihə icra etməmiş olsun. Ancaq bələdiyyə olaraq bir sıra hallarda  şəhid, qazi və aztəminatlı ailələrin qaldırdıqları məsələlərin həllində çətinlik çəkirik. Bu isə əsasən torpaq sahəsinin ayrılması ilə bağlı olur”, - T. Tağıyev bildirilib.

Sədr qeyd edib ki, bir çox hallarda bəzi vəzifə sahiblərinin də bu prosesə rəvac verərək özlərinin də qoşulması təəssüf yaradır. Hazırda bələdiyyənin mülkiyyətində torpaq sahəsi olmadığını deyən T.Tağıyev bir çox hallarda vətəndaş müraciətlərinin həllinin mümkünsüz olduğunu bildirib:

“Həyətyanı sahə ilə təmin edilməsini istəyənlərə demək istərdim ki, paytaxtda ehtiyat torpaq fondu olmadığından və bələdiyyə mülkiyyətinə torpaq fondu verilmədiyindən müraciətlərin həlli qeyri-mümkündür. İstərdik ki, torpaq sahəsinin ayrılması ilə  bağlı bələdiyyəyə müraciət edənlər bu vəziyyəti nəzərə alsınlar. Bütün hallarda fəaliyyətimiz seçicilərimizin sosial rifah halının yaxşılaşdırılmasına və məmnunluğunun təmin edilməsinə yönəlib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
qafqazinfo.az

1Источники