RU

Həbib Nurməhəmmədovun həbsinə hazırlıq gedir – Hesabları donduruldu, şirkətləri bağlandı

 

Rusiyanın Federal Vergi Xidməti Ultimate Fighting Championship (UFC) üzrə keçmiş çempion Həbib Nurməhəmmədovun bank hesablarına həbs qoyub.

 Missiya.Az xəbər verir ki, bu barədə “Mash” telegram kanalı xəbər yayıb. Həbsə səbəb kimi idmançının 297 milyon rubl məbləğində borcu olduğu göstərilir. Qeyd olunur ki, Federal Vergi Xidməti əvvəllər Nurməhəmmədovla əlaqəli bir neçə şirkəti bağlayıb. Bundan əvvəl Nurməhəmmədovun vergi orqanlarına 300 milyon rubldan çox borcu olduğu bildirilirdi. Eagle FC döyüş liqası və xeyriyyə fondu da daxil olmaqla bəzi hesabların bloklandığı da məlum olub. Nurməhəmmədov 2020-ci ildə təqaüdə çıxmazdan əvvəl üç dəfə yüngül çəkidə UFC çempionluğunu qoruyub. Ümumilikdə idmançı qarışıq döyüş növləri üzrə 29 peşəkar döyüşdə 29 qələbə qazanıb. Nurməhəmmədov çıxışlarını bitirdikdən sonra məşqçiliyə başlayıb. Dağıstanda baş vermiş son məlum terror hadisəsində iştirakçı olmuş şəxslərin bəzisinin Nurməhəmmədovun döyüş məktəbinin yetirməsi olduğu üzə çıxıb. Hüquq mühafizə orqanları tərəfindən Nurməhəmmədova məxsus məşq zallarında ötən həftə axtarış da aparılıb. Kanalın məlumatında ekspert rəylərinə də yer verilib. Ümumi rəy belədir ki, Nurməhəmmədovun hesablarının dondurulması, şirkətlərinin bağlanması onun özünün həbsinə hazırlıqdır. 

ElcanMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
11
missiya.az

10Источники