RU

“Neftçi” daha üç futbolçu ilə razılaşdı, biri yola salındı

Edvin Kuç və Emil Səfərovu heyətinə qatan “Neftçi”, müqaviləsi bitməkdə olan futbolçuları ilə yeni anlaşma üçün danışıqlar aparır. Bakılılar Ömər Buludov, Rüfət Abbasov, Turan Vəlizadə, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov və Ataa Caberlə vidalaşıb, “Turan Tovuz”a icarəyə verilən Xəyal Nəcəfovu da geri qaytarmayıb.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu müqaviləsi bitən bəzi oyunçularla yeni anlaşma imzalamağa çalışır. Artıq Azər Salahlı və Hoccət Haqverdi ilə müqaviləni daha bir il uzatmaq barədə razılıq əldə edilib. Kilian Lebon da daha iki il heyətdə qalmağa razılıq verib.

Əvəzində uzun müddətdir komandanın düşərgəsində olan, 4 illik müqavilə bağlanması gözlənilən Amoo Akinkunmi yola salınıb. Yeni baş məşqçi Roman Qriqorçuk 22 yaşlı nigeriyalını sərəncamında görmək istəməyib. İdman direktoru Yens Anderssonun israrla müqavilə bağlamaq istədiyi problemli futbolçu “Neftçi” forması geyməyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
futbolinfo.az

1Источники