RU

“Sautgeyt tezliklə ipin üstündə olduğunu anlayacaq” – İngilislərin oyunu yenə tənqid olundu

“İnanılmaz dərəcədə bəxtimiz gətirdi. Başımızı qaldırıb səmaya baxmalı və ulduzlara təşəkkür etməliyik. Çünki çox pis oynadıq”.

Msport.az xəbər verir ki, bu sözləri İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill yığmanın Avropa çempionatının 1/8 final mərhələsində Slovakiya ilə keçirdiyi oyunu şərh edərkən deyib.

Veteran müdafiəçi komandanın ardıcıl 4-cü matçda bərbad oynadığını bildirib: “Əlavə vaxtda da yaxşı oynamadıq, sanki Slovakiyanı üstümüzə çəkirdik. Son dəqiqələrdə rəqibin bəxti gətirmədi. Komandada nəyisə kökündən dəyişmək lazımdır. Sautgeytə görə xoşbəxtəm. Biz onu yaxşı tanıyırıq, əla oğlandır, çox dürüstdür. Lakin tezliklə ipin üstündə olduğunu anlayacaq”.

Qeyd edək ki, İngiltərə millisi Slovakiya matçda çətin qələbə (2:1) qazanaraq 1/4 finala adlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
msport.az

1Источники