RU

Bayden ailəsi ilə prezidentliyə namizədlikdən imtina təklifini müzakirə edib

Baydenin ailəsi ona prezidentlik yarışını tərk etməməyi tövsiyə edib.

Azpost.info bildirir ki, bu barədə “Qardian” qəzeti məlumat verib.

Məlumatda deyilir ki, ABŞ prezidenti Kemp Deviddə ailəsi ilə görüşüb və orada onun siyasi gələcəyi ilə bağlı məsələnin müzakirə edilib. Keçən həftə Trampla uğursuz sayılan debatından sonra Baydenin seçkidən çəkilməsi ilə bağlı çağırışlar səslənir. Ailə bu məsələ ilə bağlı qərar verib. ABŞ mediasının məlumatına görə, Baydenib ailəsi onu yarışda qalmağa çağırıb.

Demokrat Partiyasının yüksək vəzifəli şəxsləri və donorlar Baydenin debatdakı uğursuzluğunu əməbu işə cavabdeh əməkdaşları günahlandırıb. Onlar prezidenti debata hazırlaya bilməmlərindən qəzəbləniblər.

Debat zamanı Bayden boğuq səslə danışıb, tərəddüd nümayiş etdirib, bəzən cümlələri bitirə bilməyib.

Onun rəqibi Donald Tramp bir sıra yalan iddialar, o cümlədən 2020-ci il seçkilərində qalib gəldiyi iddiaları ilə çıxış edib və Bayden bunu təkzib edə bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
azpost.info

1Источники