RU

“Qol vurmayanda narahatlığın artdığını gördüm”

“Futbolçularımdan hücum üçün doğru anları axtarmalarını istədim”. Bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin Gürcüstanla oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis futbolçulara narahat olmamalarını tapşırdığını söyləyib: “Fasilədə mesajım ilk hissədə dediyim sözlər idi. Narahatlıq, stressli qərarlar olmamalıdır. Qol vurmayanda narahatlığın artdığını gördüm. Bu isə gərginliyə səbəb ola bilərdi. Ona görə də bunu ağıllarından çıxarmalarını istədim”.

Qeyd edək ki, İspaniya – Gürcüstan matçı 4:1 hesabı ilə bitib. Hesabı qonşularımız açsa da, ispanlar ardıcıl qollar vuraraq 1/4 finalda Almaniyaya rəqib olmağı bacarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
futbolinfo.az

1Источники