RU

“Biz artıq Avropa çempionatının qalibi olmuşuq”

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avro-2024-ün 1/8 finalında İspaniya məğlub olaraq (1:4) turnirdə mübarizəni dayandırmalarını şərh edib.

Maraqlıdır ki, o, hakim qərarlarından şikayətlənib: “Biz kifayət qədər yaxşı oynadığımız ilk hissəni həmişə xatırlayacağıq. Amma bəyənmədiyimiz məqamlar da oldu. İspaniyanın ilk qolu qeydə alınmamalı idi. Morata ofsaydda idi. VAR-da nə etdiklərini bilmirəm. Bəlkə də fasiləyə 1:0 hesabı ilə yollansaydıq, hər şey dəyişəcəkdi. Lakin İspaniya daha güclüdür və 1/4 finala vəsiqə qazanmağa layiqdir. Bu oyuna qədər biz artıq Avropa çempionatının qalibi olmuşuq. Ümid edirəm ki, biz Gürcüstan üçün yaxşı imic qoyub getmişik”.

Qeyd edək ki, bu görüşün baş hakimi fransalı Fransua Letekse olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
futbolinfo.az

1Источники