RU

Rusiya ilə Hindistan arasında ticarətdə rekord qırılıb

Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Hindistan arasında ticarət bu ilin ilk 4 ayında 10 faiz artaraq 23,1 milyard dollara və eyni amanda tarixin ən yüksək səviyyəsinə çatıb.

Hafta.az-ın RİA Novosti-yə istinadən yazdığına görə, Hindistanın Rusiyadan idxalı yanvar-aprel dövründə 10 faiz artaraq 21,6 milyard dollara çatıb. Rusiya Hindistanın ikinci ən böyük mal tədarükçüsüdür. Çin bu sahədə 32,6 milyard dollarlıq tədarüklə liderlik edir.

Hindistandan Rusiyaya ixrac 21 faiz artaraq 1,6 milyard dollara çatıb.

Bu qəfil artım sayəsində Rusiya Hindistanın ən çox ixrac etdiyi ölkələr siyahısında dörd pillə irəliləyərək 29-cu yerdə qərarlaşıb.

Hindistanın ən çox ixrac etdiyi ilk 5 ölkə ABŞ (27,4 milyard dollar), BƏƏ (13,4 milyard dollar), Niderland (9,2 milyard dollar), Sinqapur (7 milyard dollar) və Çin (6 milyard dollar) olub.

Избранный
62
1
hafta.az

2Источники