Rusiya iyulun 1-dən bir ay müddətinə BMT Təhlükəsizlik Şurasının sədri olacaq.
Azpost.info xəbər verir ki, BMT-nin daimi strukturuna sədrlik hər ay ölkələrdən birinə verilir.
İyun ayında sədrlik Cənubi Koreyaya həvalə olunmuşdu, avqustda isə Syerra-Leoneyə keçəcək.
Rusiya sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb. Bu müddət ərzində müzakirə olunacaq əsas mövzular Yaxın Şərq nizamlanması, yeni qlobal “təhlükəsizlik tənliyi” və BMT-nin regional təşkilatlarla – KTMT, MDB və ŞƏT ilə əməkdaşlığı olacaq.
Azpost.info