RU

Eriksson Bellingemin ona hansı oyunçunu xatırlatdığını açıqladı

İngiltərə yığmasının sabiq baş məşqçisi Sven-Yoran Eriksson “üç şir”in 21 yaşlı yarımmüdafiəçisi Cud Bellingem haqda danışıb.

Arena.az isveçli mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Cud Bellingemə baxanda ağlıma Ueyn Runi gəlir. Onlar fərqli oyunçulardır, amma onları yaş, qorxmazlıq və güc birləşdirir. Bellingem İngiltərənin ehtiyac duyduğu oyunçulardan biri, yarışın (AÇ-2024) isə ulduzlarından biri olacaq”, deyə Eriksson bildirib.

Xatırladaq ki, Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. Artıq geridə qalmış 2023/2024 mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib.

Cud Bellingem elə ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024) və UEFA Çempionlar Liqasının (2023/2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
arena.az

1Источники