RU

Ekspert: “Ölkədə ictimai nəqliyyata qoyulan tələblər çoxalır”

Tarif Şurasının qərarına görə, artıq ölkədə yanacağın qiyməti bahalaşıb. Bu bahalaşma öz növbəsində yerüstü və hava nəqliyyatına da təsirsiz ötüşməyib.

Ölkədə parlament seçkilərin keçiriləcəyi bir ərəfədə qiymətin artırılması addımı nə dərəcədə rasionaldır?

Mövzu ilə bağlı sualımızı cavablayan iqtisadçı ekspert Ruslan Atakişiyev bildirdi ki, qiymət artımının bir səbəbi də müəssisələrin hökumətə müraciət etməsidir:

“Son dövrdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda bir azalma da müşahidə olunur. Neftin qiyməti artmır. Lakin xərclər çoxalmaqda davam edir. Bununla yanaşı ölkədə ictimai nəqliyyata qoyulan tələblər çoxalır. Bu artan tələb qarşısında da qiymətlərin artırılması ilə bağlı hökumətə müraciət edirlər. Artım iqtisadi məsələlərdən qaynaqlanır”.

İqtisadçı ekspertin sözlərinə görə, qiymət artımı ölkədə keçirilən növbədənkənar parlament seçkilərinə təsirsiz ötüşməyəcək:

“Parlament seçkilərində namizəd şəxslər seçiciləri ilə görüşən zaman bu istiqamətdə olan problemlərini parlament səviyyəsində qaldırcaqları təqdirdə müsbət təsir edəcək. Lakin ümumilikdə bu artımı seçkilərlə əlaqələndirmək olmaz”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
herbiand.az

1Источники