RU

Türkiyə İrana PKK ilə bağlı ultimatum verdi

Türkiyə İrandan Kürdüstan Fəhlə Partiyasına (PKK) silah verməməyi tələb edib. Həmçinin şərt kimi qoyulub ki, rəsmi Tehran Ankaranın silahlı kürd qüvvələrinə qarşı keçirdiyi hərbi əməliyyatına müdaxilə etməməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti yazıb.

Nəşr qeyd edir ki, Türkiyə hökuməti orduya göstəriş verib ki, kürd yaraqlılarına verilən istənilən silah-sursat məhv edilməlidir.

“Ötən həftə Süleymaniyyədə (İraq - red.) Türkiyə və İran arasında görüş baş tutub. İclasda Türkiyə Xarici İşlər Nazirliyinin və təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər. İrandan PKK-ya tədarükün dayandırılması tələb edilib və terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq təklif edilib”, - nəşr bildirib.

İran rəsmiləri isə PKK-ya heç bir tədarük etmədiklərini deyiblər. Bundan sonra Türkiyə rəsmiləri iranlılara foto faktlar təqdim ediblər. İran tərəfi arqumentləri təkzib edərək yükün onlara heç bir aidiyyəti olmadığını vurğulayıblar.
Bu dəfə İran hakimiyyətinə birbaşa bildirilib ki, əgər yeni partiya gələrsə, mütləq vurulacaq. Türkiyə eyni zamanda tələb edib ki, İran sərhəd bölgəsindəki terrorçuları Türkiyə ərazisinə köçürməməlidir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
bizim.media

1Источники