RU

O əjdahadan bizdə niyə yoxdur?

Gürcüstan millisi Avropa Çempionatının 1/8 finalına çıxmaqla sensasiya etmişdi. İspaniya “bicoları” 4:1 hesabıyla udub evə göndərsə də, evdə çoşğuyla qarşılanacaqları dəqiqdir.

Onlar tarix yazdılar. Bu yazını davam etdirdikcə futbol fədailərimizin bir sualını düşünürdüm: görəsən, o əjdahadan bizdə niyə yoxdur?

Məşhur filmdəki sitatın anlamının dərinliyi qədər batan futbolumuzun vayına oturmaq istəyənlər çoxdur. Onlarla oturub bir sualın ətrafında da baş işlətməyə dəyər.

Görəsən, bizim Kobiaşvili kimi futbol fiqurumuz yoxdurmu, federasiya prezidenti olsun?

P.S. Gürcüstanda yarım milyona yaxın azərbaycanlı yaşayır. Maraqlıdır, niyə ordan bircə futbolçumuz çıxmayıb?

Zabit Səmədov, Çingiz Əlləzov kimi dünya səviyyəli idmançılar çıxdı, bəs niyə futbolçu yox?!

Buyaxınlarda oxudum ki, “Barselona” Hindistanda açdığı akademiyanı illər sonra bağlayıb. Səbəb heç bir futbolçunun yetişməməsi…

Baxın, Hindistanda yüksək səviyyəli futbolçu yetişmir. Bu işin adlarından “Barselona” belə illərlə bacarmadı… Yetişmir. Olmur. Əhali sayına görə bütün Avropa ölkələrinin cəmindən çox olasan, amma bircə səviyyəli futbolçun olmaya. Genetika. DNK. Və s. Bizim futbol genetikamız mitxun çakraborti?

Kamil Əhməd

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
futbolpress.az

1Источники