RU

Stoltenberqin açıqlamaları Rusiyada qıcıq yaradıb

Kreml NATO-nun baş katibi Yens Stoltenberqin Çinin Rusiyaya müasir texnologiyalar və elektronika ilə kömək etməklə Avropada münaqişə doğurması barədə bəyanatına mənfi münasibət bəsləyir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Digər tərəfdən, biz əminik ki, çinli dostlarımız özləri bu cür bəyanatlara lazımi qiymət verə bilərlər”, -  o əlavə edib.

Stoltenberq daha əvvəl demişdi ki, "Çin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırır”. O qeyd edib ki, Rusiya Çinin qabaqcıl texnologiya və elektronika ixracı ilə dəstəklənən pilotsuz təyyarələr və raketlər istehsal edir.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
6
anews.az

8Источники